BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyəyə yola düşüb. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının XIII Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.
Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.
Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmitin tədbirdə iştirakı gözlənilir.