BAKI, 8 avqust — Sputnik. Britaniyalılar qiymətlərin artması səbəbindən artıq saxlaya bilməfikləri ev heyvanlarını vermək üçün xeyriyyə təşkilatlarına və heyvanların xilasetmə mərkəzlərinə müraciət etməyə başlayıblar. Bu barədə “Mirror” nəşri xəbər verir.
"Heyvan sahibləri evlərini qızdırmaq, uşaqlar üçün yemək və it arasında seçim etməlidirlər", - "Dogs Trust" xeyriyyə təşkilatının əməliyyatlar üzrə direktoru Adam Klouz qəzetə bildirib.
"Dogs Trust" bu il artıq heyvan saxlamağa imkanı olmayan insanlardan 18 000 zəng qeydə alındığını açıqlayıb.
Eynəkli pişik, arxiv şəkli
© AFP 2024 / MLADEN ANTONOV
Ötən ilin 7 ayı ilə müqayisədə müraciətlərin sayı 55% artıb. Təşkilat həftədə 200 heyvan qəbul edir və yeni ev tapana qədər ev heyvanlarına qulluq etmək üçün qəyyumlara ehtiyac duyur.
Nəşr qeyd edir ki, ev heyvanları üçün yemlərin qiyməti ötən illə müqayisədə 20% artıb, baytarlıq xidmətləri bahalaşıb.
Funt-sterlinq, arxiv şəkli
© AFP 2024 / STEFAN WERMUTH
Qəzetin yazdığına görə, Britaniyada bir pişiyin saxlanması adətən sahiblərinə ildə 1500 funt-sterlinqə (1800 dollardan çox), itin saxlanması isə ömrü boyu təqribən 30.000 funt-sterlinqə (36.200 dollar) başa gəlir.