BAKI, 8 avqust — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 4873-dür.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, ötən yarımildə 8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib.
Baş Prokurorluğun binası, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, imzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova jurnalistlər üçün keçirilən brifinqdə deyib.