BAKI, 8 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyi bazar günü, avqustun 7-də Ukrayna rejiminin silahlı birləşmələrinin İzyum istiqamətindəki mövqelərində xüsusi hərbi əməliyyat zamanı ələ keçirilən silahları nümayiş etdirib. Ələ keçirilmiş silahları əks etdirən videonu RF Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“Qənimət götürülmüş silahlar arasında əsasən xarici istehsal üstünlük təşkil edir. Böyük Britaniya, ABŞ, Polşa, İsveç istehsalı olan əl tipli tank əleyhinə qumbaraatanlar, o cümlədən “Javelin” və “Karl Qustav” raket kompleksləri onların arasında yer alıb.
Xüsusi əməliyyat iştirakçılarından birinin sözlərinə görə, ələ keçirilən silahlardan biri 12,7 mm-lik pulemyot olub.
Hazırda Ukraynada Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.