BAKI, 7 avqust - Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və müvafiq xidmətlər neft anbarında baş vermiş yanğınla bağlı mümkün tədbirləri əlaqələndirmək üçün Kuba ilə daimi əlaqə saxlayır. Bu barədə bazar günü Rusiya XİN saytında yerləşdirilən məlumatda deyilir.
Cümə günü axşam saatlarında Kubanın Matanzas əyalətinin limanındakı neft anbarında təxminən 25 min kubmetr neft olan çənin günbəzinə ildırım düşməsindən sonra güclü yanğın başlayıb.
Yanğınsöndürmə briqadalarının aramsız işləməsinə baxmayaraq, alov qonşu çənə keçib, silsilə partlayışlar baş verib.
Hadisə nəticəsində on yeddi nəfər itkin düşmüş hesab olunur. Yanğının söndürülməsinə kömək etmək üçün Kubaya təyyarələr və helikopterlər, habelə Meksika və Venesueladan mütəxəssislər gəlib.
“Ölkənin baş vermiş fəlakətlə əlaqədar Kuba beynəlxalq yardım istəyib. Rusiya Xarici İşlər Nazirliyi və müvafiq xidmətlər mümkün birgə hərəkətləri əlaqələndirmək və lazımi yardımı göstərmək üçün Kuba tərəfi ilə daimi təmasdadır”, - deyə məlumatda qeyd olunur.
Rusiya Xarici İşlər Nazirliyi kubalılara dəstək ifadə edərək həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, həmçinin yaralananların tezliklə sağalmasını arzulayıb.