BAKI, 6 avqust - Sputnik. Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib.
“Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, “Mir” kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və hotel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb”, - Ərdoğan deyib.