Подводка: "Azeri Light" markalı neftin bir barelinin artıb. Ötən gün qiyməti 5,58 dollar azalaraq 96,61 dollar olan Azərbaycan neftinin qiyməti 1,84 dollar artaraq 98,45 dollar olub
BAKI, 6 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,80 dollar artaraq 94,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar bahalaşaraq 89,01 dollar olub.
Bu, Azərbaycan neftindən də yan keçməyib. Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,84 dollar artaraq 98,45 dollar olub.
Xatırladaq ki, ötən gün Azərbaycan neftinin qiyməti ucuzlaşmışdı. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,58 dollar azalaraq 96,61 dollar olmuşdu.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.