BAKI, 6 avqust - Sputnik. Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Bakının Dənizkənarı bulvarında avqustun 6-dan 31-dək içərisində “Welcome to KZ” informasiya-turizm mərkəzinin çalışacağı 10 kəndirli qazax yurtasının açılış mərasimi baş tutub.
Bakı Dənizkənarı Bulvarda qazax yurtası quraşdırılıb
© Photo : AZERTAG
Azərtac xəbər verir ki, tədbiri açan Qazaxıstan səfiri Serjan Abdıkarimov dövlətlərarası münasibətlərin yüksək səviyyəsini qeyd edib və sözügedən layihənin çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönəldiyini bildirib. Diplomat qeyd edib ki, yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı qazanacaqlar.
Tədbirin əvvəlində qonaqlara Almatı şəhərinin, “Qazaxıstan” mehmanxanasının, “Şımbulak” dağ-xizək kurortunun, “Air Astana” aviaşirkətinin, “Baykonur” kosmodromunun və “Kıran” milli şahin ovu mərkəzinin turizm stendləri və asıki milli oyunu təqdim olunub.
Sonradan yurtada Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin iştirakı ilə tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının Azərbaycan dilində olan “Qazax Nəsrinin Antologiyası” kitabının təqdimatı keçirilib.
Sözügedən topluya Abay, Şakarim Kudayberdiyev, İlyas Cansuqurov, Baimbet Maylin, Muxtar Auezov, Sabit Mukanov, Qabit Musrepov, Qabiden Mustafin, İlyas Yesenberlin, Kemel Tokayev, Abicamil Nurpeisov, Anuar Alimjanov, Baxıtjan Momışulı, Abiş Kekilbayev, Şerxan Murtaz, Muxtar Maqauin, Oljas Suleymenov, Dulat İsabekov, Rollan Seysenbayev və Qazaxıstanın digər tanınmış ədiblər də daxil olmaqla, 54 qazax qələm ustasının əsərləri daxil edilib.
Azərbaycanın dövlət və ictimai-yaradıcılıq dairələrin nümayəndələri baş tutan aksiyanı yüksək dəyərləndiriblər və Qazaxıstanın zəngin mədəni irsini, iki qohum xalqlar arasında etnik qarşılıqlı əlaqələrin tarixi kəsişməsini qeyd ediblər.
Tədbirin sonunda qonaqlar qazax mətbəxinin ənənəvi xörəklərinin dadına baxmaq, “Şımbulak” kurortunun otelində və Almatı şəhərinin “Qazaxıstan” mehmanxanasında yaşamaqla, Bakı-Almatı-Bakı marşrutu üzrə iki aviabiletin lotereya oynanılmasında iştirak etmək imkanı qazanıblar.
Avqustun 31-dək öz işini --davam etdirəcək layihə çərçivəsində Almatı və Şımkent şəhərləri, Almatı, Türkistan və Manqıstan vilayətləri öz turizm potensiallarını nümayiş etdirəcək, mədəni, konsert və əyləncə proqramları keçirəcəklər.
Tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə həyata keçirilir.