CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bir çox çayların suyu artıb

Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi azalıb, Kürəkçayın Çaykənd və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb
Sputnik
BAKI, 6 avqust — Sputnik. Avqustun 6-da Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib. Qusarçayın Kuzun məntəqəsində suyun səviyyəsi 6, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 5 Şəmkirçayın Qalakənd məntəqəsində 2 santimetr artıb. Gəncəçayın Zurnabad məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb, Kürəkçayın Çaykənd və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 130 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 98 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 49 faiz çoxdur.
Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 12,7 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 18 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 77 faiz azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 371 santimetr, su sərfi isə 129 kubmetr/saniyə olub,
Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 145 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 103 santimetr, su sərfi isə 34,3 kubmetr/saniyə olub.