RUSİYA

Ankaradan Moskvaya dostluq jesti

Aleksandr Razuvaevin fikrincə, türkiyəli sərmayəçilər tezliklə Moskva birjasında “Qazprom”un səhmlərinin bir neçə faizini əldə edəcəklər.
Sputnik
BAKI, 6 avqust - Sputnik. Rusiya və Türkiyə rublla ticarətə keçmək barədə razılığa gəliblər. İnvestisiya üzrə təhlilçi Aleksandr Razuvaev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Türkiyə Rusiyada "dost ölkə" rəsmi statusuna malik olduğu üçün bunu etməyə məcbur deyildi.
Lakin buna rəğmən rublla ticarətə keçmək qərarı Ankaranın Moskvaya dostluq jestindən xəbər verir.
Ekspertin fikrincə, Rusiya valyutasının möhkəmlənməsinin də rubla keçiddə rolu olub.
"Rubl möhkəmdir, çünki onun arxasında real iqtisadiyyat dayanır - neft, qaz, taxıl, silah, metal və digərləri. Türkiyə rusiyalı turistlərdən asanlıqla rubl qazanacaq. Rusiyanın “Mir” ödəniş sisteminin bank kartları artıq ölkədə qəbul edilir", - deyə Razuvaev bildirib.
Onun fikrincə, çox güman ki, türkiyəli sərmayəçilər tezliklə Moskva birjasında “Qazprom”un səhmlərinin bir neçə faizini əldə edəcəklər.
Qeyd edək ki, Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəliblər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə bildirib.
“Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, “Mir” kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və hotel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb”, - Ərdoğan deyib.
TƏHLİL
"Mir" Azərbaycanda: Rus kartı zərurətə çevrilir?