RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Rosqvardiya" Xerson və Zaporojye vilayətlərində əməliyyat keçirib

Xerson və Zaporojye vilayətlərində ukraynalı hərbçilərin əlaltıları həbs edilib.
Sputnik
BAKI, 5 avqust — Sputnik. "Rosqvardiya" Xerson və Zaporojye vilayətlərində ukraynalı hərbçilərin 70 əlaltısını həbs edib. Bunu idarənin mətbuat xidməti xəbər verir.
Qurum Xerson və Zaporojye vilayətlərində bir həftə ərzində Ukrayna təhlükəsizlik qüvvələri və hərbçilərinin fəaliyyətində iştirak edən insanları saxlayıb.
"Həftə ərzində Xerson və Zaporojye vilayətlərində Rusiya qvardiyasının bölmələri millətçi təşkilatların, Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətində iştirakla bağlı 70 nəfəri saxlayıb, doqquz gizlənmə yerini aşkarlayıblar", - deyə məlumatda bildirilir.
Əlavə edilir ki, biri Amerika istehsalı olan 9 qumbaraatan, həmçinin, 12,7 mm-lik Kord pulemyotu, 80 ədəd odlu silah, "İqla" portativ zenit-raket sistemi buraxılış qurğusu və iki əldəqayırma partlayıcı qurğu qanunsuz dövriyyədən götürülüb.