CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın hərbu qulluqçusu qətlə yetirilib - Baş Prokrorluq

Baş Prokurorluğun məlumatına görə, istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.
İş üzrə istintaq tədbirləri davam edir.
HƏRBİ
Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub