NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti beş dollar ucuzlaşıb

Bu həftə neftin qiymətlərində 10 faizdən çox azalma qeydə alınıb. Bu, son 6 həftədə ən aşağı səviyyədir.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,41 dollar artaraq 94,53 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 89,05 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,58 dollar azalaraq 96,61 dollar olub.
Ümumiyyətlə, bu həftə neftin qiymətlərində 10 faizdən çox azalma qeydə alınıb. Bu, son 6 həftədə ən aşağı səviyyədir. Neft həftənin son ticarət günündə qlobal iqtisadi yavaşlamanın tələbata təsiri ilə cüzi artıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.