BAKI, 4 avqust — Sputnik. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti nəqliyyat vasitələri ilə təmin olunacaq.
Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, sənəd "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 21 iyul Fərmanının icrasının təmin edilməsi ilə bağlıdır.