BAKI, 4 avqust — Sputnik. İstanbulun Zeytinburnu rayonunda yerləşən Balıklı Rum Xəstəxanasında yanğın baş verib.
Xəstəxana binasının dam örtüyü yanıb. Tibb müəssisəsindən 102 nəfər təxliyə edilib, 80 xəstə digər xəstəxanalara köçürülüb.
Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb. Yanğından çıxan qatı tüstünün mənfi təsir göstərdiyi vətəndaşlara tibbi heyətlər yardım göstərirlər.
İstanbul valiliyindən hadisə ilə bağlı verilən açıqlamada indiyədək yanğın səbəbindən ölən və ya yaralananların olmadığı bildirilib.
Xəstəxananın yerləşdiyi tarixi binada baş verən yanğının səbəb olduğu tüstü İstanbulun bir çox rayonundan müşahidə edilir.
Hazırda yanğının söndürülməsi işləri gedir.