SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov: “Bəzi DSK-ların sərhədlərini dəyişməyə məcburuq”

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Sputnik
BAKI, 4 avqust - Sputnik. “Dairə seçki komissiyalarının sərhədləri dəyişəcək. Ancaq bizim üçün əsas məsələ nə qədər mümkündürsə, bir o qədər az dairənin sərhədinin dəyişməsidir”.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, vətəndaşların arzularını maksimum dərəcədə yerinə yetirməyə çalışıblar: “Amma dairə seçki komissiyalarının sərhədləri dəyişəndə bəzi problemlər meydana çıxır. Bu, qaçılmazdır. Biz bəzi dairə seçki komissiyalarının sərhədlərini dəyişməyə məcburuq. İnsanlar arasında yerlərdə gərginlik yaranmamasına diqqət yetirməliyik. Seçicilərin razı qalması və rahat olması üçün çalışmalıyıq. Çünki başqa mənzərə yarana, ciddi gərginliyə səbəb ola bilər”.
SİYASƏT
Hansı partiyalar maliyyə hesabatlarını MSK-ya verib?