DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə israilli turistlərə qarşı terror aktı planlaşdıran İran vətəndaşları saxlanılıb

İranlı terrorçular Türkiyəyə daxil olduqdan sonra diqqət çəkməmək üçün mütəmadi olaraq nəqliyyat vasitələrini dəyişiblər.
Sputnik
BAKI, 3 avqust - Sputnik. Türkiyədə İran vətəndaşları həbs olunub.
İstanbulda israilli turistlərə qarşı terror planlaşdıran İran xüsusi xidmət orqanlarının əməkdaşları saxlanılıb.
Əməliyyat zamanı məlum olub ki, onlar Türkiyəyə daxil olduqdan sonra diqqət çəkməmək üçün mütəmadi olaraq nəqliyyat vasitələrini dəyişiblər.
O da məlum olub ki, casuslar israilli turistlərin qaldıqları hotellərin şəkillərini və videolarını da çəkiblər.
Ədliyyə Nazirliyinin açıqlamasına görə, araşdırmalardan sonra məhkəməyə göndərilən cəsuslardan 7-si həbs edilib, 3-ü məhkəmə nəzarətinə götürülüb.
İstintaq zamanı onların İstanbulun müxtəlif rayonlarda hotel və gündəlik kirayə evlərdə qaldıqları məlum olub. Aydınlaşdırılıb ki, bəzi casuslar Türkiyə ərazisinə xüsusi pasportlarla daxil olublar.