RUSİYA

Rusiya XİN: Qərblə əməkdaşlıq dövrü başa çatıb

Aleksey Drobinin deyib ki, Avropa və Şimali Amerika ölkələri ilə Rusiyanın münasibətlərinin heç zaman xüsusi hərbi əməliyyatın başlanmasına qədər olan səviyyəyə qayıtmayacaq
Sputnik
BAKI, 3 avqust — Sputnik. Xüsusi hərbi əməliyyatın davamlılığından və nəticəsindən asılı olmayaraq, artıq indidən demək olar ki, Qərblə bəzi problemlər olsa da, əsasən konstruktiv keçən 30 illik əməkdaşlıq dövrü başa çatıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasətin planlaşdırılması departamentinin direktoru Aleksey Drobinin deyib.
O, Avropa və Şimali Amerika ölkələri ilə Rusiyanın münasibətlərinin heç zaman xüsusi hərbi əməliyyatın başlanmasına qədər olan səviyyəyə qayıtmayacağını əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.