BAKI, 3 avqust — Sputnik. Son sutka ərzində Rusiya aviasiyası, raket qoşunları və artilleriyası Donetsk və Zaporojye vilayətlərində Ukrayna qoşunlarının üç komanda məntəqəsini vurmağa nail olub. Nəticədə 133 yerdə canlı qüvvə və texnika sıradan çıxarılıb . Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov brifinq zamanı bildirib.
Bundan əlavə, Rusiya hərbçiləri Ukraynanın 4 silah-sursat anbarını məhv ediblər.
Müdafiə Nazirliyi Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələrin davam etdiyini vurğulayıb.
"Üç komanda məntəqəsi, o cümlədən Veselaya Dolina kəndi yaxınlığındakı 72-ci mexanikləşdirilmiş briqadanın batalyonu və Zaporojye vilayətinin Yulyevka yaxınlığındakı 65-ci mexanikləşdirilmiş briqadası, eləcə də 133 yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası vurulub.
"Nikolaev vilayətinin Varvarovka, Artemovsk, Vodyanoye, Oçeretino yaşayış məntəqələrində dörd raket və artilleriya silahı və döyüş sursatı anbarı, həmçinin Nikolayev vilayətinin Qalitsinovo rayonunda hərbi texnika üçün yanacaq anbarı məhv edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Daha əvvəl brifinq zamanı Konaşenkov Lvov vilayətinin Radexiv şəhəri yaxınlığında Polşanın silah anbarı bazasının məhv edildiyini açıqlamışdı.