BAKI, 3 avqust — Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Çinin etirazlarına baxmayaraq, Tayvana səfərini şərh edib.
"Bu, hər kəsə və onların cəzasızlıqlarını və öz özbaşınalığını sübut etmək cəhdidir" - deyən Lavrov əlavə edib. - "Mən belə qıcıq yaratmaq üçün başqa bir səbəb görmürəm. Bunun Çin üçün nə demək olduğu şox gözəl məlumdur".
KP.RU saytının daha əvvəl yazdığı kimi, ABŞ-ın Çindəki səfiri Nikolas Berns avqustun 2-də Çin Xarici işlər nazirliyinə çağırılıb. Bu barədə Çin Xarici işlər nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, səfirə Nensi Pelosinin Tayvana səfərinə görə etiraz bildirilib.
Xatırladaq ki, Nensi Pelosi belə bir fikir ifadə etmişdi ki, Çin onun ABŞ-da əhəmiyyətinə görə üçüncü sayılan vəzifəsindən ötrü Tayvana səfəri ilə bağlı "böyük səs-küy" qaldırıb.