DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinin xarici işlər naziri Tayvanla birləşməyi tarixi qaçılmazlıq adlandırıb

Van İ ABŞ-ı Asiya-Sakit Okean regionunda iğtişaşlar törətmək üçün "Tayvan kartı" oynamağı dayandırmağa çağırıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Çinin xarici işlər naziri Van İ ABŞ nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq bildirib ki, Çinin ada ərazisi ilə tam birləşməsi tarixi qaçılmazdır.
Onun bəyanatı Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
"Milli tam birləşmənin həyata keçirilməsi ümumi tendensiya və tarixi qaçılmazlıqdır" – deyə Van İ vurğulayıb.
Diplomat ABŞ-a "Çinin yenidən birləşməsinin böyük işinə" mane olmaq arzusunda olmamağı tövsiyə edib. O vurğulayıb ki, ÇXR Tayvanın müstəqilliyini müdafiə edən qüvvələrə fəaliyyət üçün yer qoymayacaq, onların bütün səyləri boşa çıxacaq.
Nazir, həmçinin, əmin edib ki, Çinin inkişafını cilovlamaq üçün Tayvanı istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur. O, ABŞ-ı Asiya-Sakit Okean regionunda iğtişaşlar yaratmaq üçün "Tayvan kartı" oynamağı dərhal dayandırmağa çağırıb.