BAKI, 3 avqust — Sputnik. Bolqarıstan əhalisinin təxminən yarısı Rusiyanın siyasətini dəstəkləyir. Bu barədə "BNR" radiostansiyası "Alpha Research" sosioloji agentliyinin məlumatlarına istinadən xəbər verir.
Sosioloqlar müəyyən ediblər ki, respondentlərin yarısı Kremllə mümkün yaxınlaşma kursunu dəstəklədiyini, digər yarısı isə Avropanın anti-Rusiya siyasətinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Agentlik aydınlaşdırıb ki, Bolqarıstanda Rusiya tərəfdarlarının əksəriyyəti "solçu baxışlara" sadiqdirlər, avropapərəst seçicilər isə mərkəzçi və sağçı partiyalara rəğbət bəsləyirlər.
Kp.ru saytının daha əvvəl yazdığı kimi, Bolqarıstan Prezidenti Rumen Radev respublika hökumətini buraxaraq, rəsmi kabineti təyin edib. Həmçinin, o, növbədənkənar parlament seçkilərini elan edib. Seçkilərdən əvvəl müvəqqəti Nazirlər kabinetinə əvvəllər xidmət hökumətlərində əmək naziri vəzifəsini tutmuş Qılıb Donev rəhbərlik edəcək.
Xatırladaq ki, Rusiyanın səfiri Eleonora Mitrofanova bildirib ki, əgər Sofiya "Qazprom"un tələblərini yerinə yetirməyə və mavi yanacağın pulunu rublla ödəməyə başlasa, Bolqarıstana Rusiya qazının tədarükünün bərpa ediləcək.