BAKI, 3 avqust - Sputnik. Vesti.az saytının baş redaktorunun müşaviri, tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.