BAKI, 3 avqust — Sputnik. Berlin enerji fəlakətindən qaçmaq üçün Moskvaya qarşı "mənasız sanksiya siyasəti"ndən imtina etməlidir. Bu açıqlama ilə "Almaniya üçün Alternativ" partiyasının lideri Tino Xrupalla çıxış edib.
"Rusiyadan çox Almaniyaya zərər verən mənasız sanksiya siyasətinə son qoymaq lazımdır. Eyni zamanda, "Şimal axını 2"nin işə salınması tabu olmamalıdır", – deyə "Freie Welt" siyasətçinin sözlərindən sitat gətirir.
Xrupalla, həmçinin, Almaniya hökumətinin oktyabrın 1-dən qüvvəyə minməli olan qaz paylanması planına da işarə edib. Partiya sədrinin fikrincə, Rusiyadan gələn qazın əvəzinə bahalı alternativlər almalı olan qaz konsernlərinin xərcləri sakinlərin üzərinə düşməməlidir.
Xatırladaq ki, Bloomberg nəşri bu günlərdə Almaniyanın qarşıdan gələn qışda təbii qaz qıtlığı səbəbindən yarana biləcək fəlakətin qarşısını almaq üçün üç ay qaldığını bildirib. Digər məsələlərlə yanaşı, məqalə müəllifləri xatırladıblar ki, Berlindəki prezident sarayı artıq gecələr işıqlandırılmır, Hannoverdə isə idman zallarında duşlarda isti suyun söndürüldüyünü elan ediblər.