BAKI, 2 avqust — Sputnik. "VKontakte" səlahiyyətli orqanlarla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin səhifəsinin sındırılmasının səbəblərini müəyyənləşdirmək üzərində işləyir". Bu barədə sosial şəbəkənin mətbuat xidmətindən "İnterfaks"a bildirilib.
"Post üçüncü tərəf istifadəçisi tərəfindən dərc edilib. Hazırda təhlükəsizlik qrupu səlahiyyətli orqanlarla birgə işləyir və insidentin səbəblərini müəyyənləşdirir", - onlar bildiriblər.
Avqustun 1-i axşam saatlarında "VKontakte" səhifəsində Rusiyanın postsovet məkanındakı hərəkətləri ilə bağlı yazı dərc olunub. Sonra isə yazı çıxarılıb.
Medvedevin köməkçisi Oleq Osipov vurğulayıb ki, sədr müavininin səhifəsi dağıdılıb və bəhs etdiyimiz qeyd dərc olunub:
"Administrasiya sosial şəbəkə və qeydi ora yerləşdirənlə bağlı araşdırma aparacaq".