TƏHSİL

Valideynlərin nəzərinə: Özünüz və uşaqlarınızla bağlı məlumatları saxtalaşdırmayın!

Valideynlər bilərəkdən hansısa məlumatı saxtalaşdırdıqda bu zaman övladı məktəbəqədər təhsilə cəlb olunmaya bilər.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Daimi qeydiyyatı olmayan valideynlərə isə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.
Elm və Təhsil Nazirliyinin "Sualla və cavablar" bölməsində valideynlərinsualına cavab olaraq belə deyilib.
Qeyd olunub ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Bundan başqa, validyenlər tərəfindən ən çox verilən digər suallar da cavablandırılıb:
Valideynlər tərəfindən ən çox verilən suallardan biri də budur ki, valideyn məktəb seçdikdən sonra seçimini dəyişə bilərmi?
Nazirliyin məlumatda bildirirlir ki, valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz, sualına cavab olaraq isə nazirliyin məlumatında qeyd olunub ki, valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Valideynlərin ünvanladığı əsas suallardan biri də budur ki, uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
Nazirlikdən bildirilir ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qrupuna qəbul üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Valideynlər üçün hər hansı sual yarandıqda onalar Təhsil Nazirliyinin rəsmi “Whatsapp” (994512067848) nömrəsinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146-6) zəng etməklə və ya Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla problemlərə aydınlıq gətirə bilərlər.
TƏHSİL
Bağçalara işə qəbul üzrə müsabiqə başlayıb