RUSİYA

Putin və Paşinyan üçtərəfli bəyanatları müzakirə edib

Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illər üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin müəyyən praktiki aspektlərinə toxunulub.
Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Ermənistan XİN rəhbərləri arasında da telefon danışığı baş tutmuşdu.