RUSİYA

Putin: "Nüvə müharibəsi heç vaxt başlamamalıdır"

Sputnik
BAKI, 2 avqust - Sputnik. Nüvə müharibəsində qaliblər olmur və belə bir qarşıdurma heç vaxt başlamamalıdır.
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Nyu-Yorkda işə başlayan BMT-nin 10-cu Nüvə Silahlarının Yayılmaması Müqaviləsi Tərəflərinin Konfransının iştirakçılarına ünvanladığı məktubda bildiriib.
"Konfrans iştirakçısı və bu müqavilənin dəstəkçisi kimi Rusiya bütün proseslərə daim əməl edir",- deyə Putin bildirib.
Həmçinin qeyd edilir ki, Rusiya müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.
DÜNYA XƏBƏRLƏRİ
BMT-nin baş katibi nüvə tərksilahı mexanizmlərini işə salmağa çağırıb