RUSİYA

Həsənov və Şoyqu nədən danışıblar

Nazirlər danışıq zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Sputnik
BAKI, 2 avqust - Sputnik. Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xatırladaq ki, dünən, avqustun 1-də Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açılması barədə erməni mətbuatında yayılan məlumatı təkzib edib.
"Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır", - deyə Nazirlikdən verilən məlumatda bildirilir.