Mətbuat mərkəzi

"Gənclərlə iş: perspektivlər və prioritetlər" mövzusunda dəyirmi masa

QHT nümayəndələri və tanınmış gənc fəallar gələcəklə bağlı planlarını və gənclər siyasətinin məqsədlərinin həyata keçirilməsinə yönəlmiş layihələri bölüşəcəklər.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Gənclər siyasəti dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir. Bu siyasətin mühüm istiqamətləri kimi aşağıdakılar nəzərdə tutulur: təhsilin, bədən tərbiyəsi və idmanın inkişafı, gənclərin ölkənin ictimai həyatında iştirakına həvəsləndirilməsi.
Son illər ali məktəblərə daxil olarkən ən yüksək bal toplayan abituriyentlərin sayı durmadan artır. Müxtəlif beynəlxalq idman yarışlarında iştirak edən Azərbaycan idmançılarının uğurları da gənclər siyasətinin uğurları ilə bağlıdır. Eyni zamanda, müstəsna diqqət tələb edən mövzular sırasında gənclərin məşğulluğu və onların sahibkarlıq fəaliyyətində iştirakı mövzusu diqqəti cəlb edir.
Avqustun 4-də saat 12.00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində "Gənclərin inkişafına dəstək" ictimai birliyinin sədri Məhəmməd Məmmədov, Qoşulmama Hərəkatının (QH) gənclər sammitinin nümayəndəsi Yusif Cəfərbəylinin iştirakı ilə, tanınmış gənc fəallar Aysel RzazadəMəmmədağa Əliyevin iştirakı ilə "Gənclərlə iş: perspektivlər və prioritetlər" mövzusunda dəyirmi masa keçiriləcək. İştirakçılar gələcəklə bağlı planlarını və gənclər siyasətinin məqsədlərinin həyata keçirilməsinə yönəlmiş layihələri bölüşəcəklər.
Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq: https://www.facebook.com/SputnikAze/
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.