DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri öldürülüb

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.
Sputnik
BAKI, 2 avqust - Sputnik. ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.
ABŞ prezidenti Cozef Bayden “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu bildirib.
O qeyd edib ki, terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.