SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daşkənddə üç ölkənin nazirlərinin görüşü başlayıb

Hazırda Azərbaycan, Türkiyə, Özbəkistan xarici siyasət, iqtisadiyyat və nəqliyyata məsul olan nazirlərinin iştirakı ilə görüş keçirilir.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkəndə gedib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hazırda Azərbaycan, Türkiyə, Özbəkistan xarici siyasət, iqtisadiyyat və nəqliyyata məsul olan nazirlərinin iştirakı ilə görüş keçirilir.
Özbəkistan Respublikasının xarici işlər naziri Vladimir Norov Daşkənddə "Özbəkistan-Azərbaycan-Türkiyə" formatında üçtərəfli görüşü açıb.
Vladimir Norov qeyd edib ki, beynəlxalq münasibətlərdə və qlobal iqtisadiyyatda gedən sürətli və qeyri-müəyyən prosesləri nəzərə alaraq, "Özbəkistan-Azərbaycan-Türkiyə" dialoq formatının yaradılması həmişəkindən daha çox tələb olunur.
Üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.
SİYASƏT
Mirziyoyev Azərbaycan və Türkiyə XİN rəhbərləri ilə görüşəcək