BAKI, 2 avqust - Sputnik. Çin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi çərşənbə axşamı bəyanat yayıb.
Sənəddə deyilir ki, bütün nəticələrə görə Vaşinqton və Taypey məsuliyyət daşıyacaq.
“Çin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Tayvana səfərinə cavab olaraq milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək. ABŞ və Tayvan tərəfdarı separatçı qüvvələr bütün nəticələrə görə məsuliyyət daşıyacaqlar”, - deyə ÇİN Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Daha sontra bəyanatda bildirilir ki, Tayvan məsələsi sırf Çinin daxili işidir və başqa heç bir ölkənin bu məsələdə hakim kimi çıxış etmək hüququ yoxdur.
"Tayvan məsələsi müstəsna olaraq Çinin daxili işidir və başqa heç bir ölkənin Tayvan məsələsində hakim kimi çıxış etmək hüququ yoxdur", - deyə bəyanatda bildirilir.