SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu: Cənubi Qafqazda yeni fürsətlər ortaya çıxıb

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Azərbaycanla Özbəkistanın balanslaşdırılmış və təmkinli siyasəti hər kəs tərəfindən alqışlanır.
Bu barədə Özbəkistanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb:
"Azərbaycanın şanlı zəfəri ilə əməkdaşlığın tərəfdarı olan ölkələr üçün Cənubi Qafqazda yeni fürsətlər ortaya çıxıb. Bunu qiymətləndirməyə dəvət edirik. Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik. Şərqi Zəngəzur və Qarabağ bölgəsində yenidənqurma işlərinə lazım olan dəstəyi veririk".
Xatırladaq ki, Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir .
Üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.
SİYASƏT
Daşkənddə üç ölkənin nazirlərinin görüşü başlayıb