NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin ucuzlaşıb

Dünyada neft ucuzlaşmaqda davam edir. Bütün diqqətlər OPEC+un sabah keçiriləcək toplantısına yönəlib.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin qiyməti 0,69 dollar azalaraq 99,34 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,53 dollar ucuzlaşaraq 93,36 dollar olub.
Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, "Azeri Light" markalı neftin qiyməti 6,81 dollar azalaraq 105,97 dollar olub.
Neft bazarında bütün diqqətlər sabah keçiriləcək OPEC+ toplantısına yönəlib. Toplantıda sentyabr ayı üçün hasilat məsələsinə baxılacaq. Bundan öncə ABŞ Səudiyyə Ərəbistanından daha çox neft hasil etməyi istəmişdi.
Neft, qlobal iqtisadi tənəzzülün enerji tələbatını azaldacağına dair narahatlıqlar səbəbindən ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.