BAKI, 2 avqust - Sputnik. Moskva Vaşinqtonu regionda və dünyada sabitliyə xələl gətirən hərəkətlərdən çəkinməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bildirib.
“Biz Vaşinqtonu regional sabitliyə və beynəlxalq təhlükəsizliyə xələl gətirən hərəkətlərdən çəkinməyə və Amerika hegemonluğuna artıq yer qalmayan yeni geosiyasi reallığı tanımağa çağırırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
Nensi Pelosi, arxiv şəkli
© AP Photo / Jacquelyn Martin
Xatırladaq ki, Pelosinin səfəri ABŞ Nümayəndələr Palatasının spikerinin 1997-ci ildən bəri ilk səfəri olub.
ÇXR sədrinin “odla oynamaq yanmaq riski” ilə bağlı xəbərdarlıq etdiyi ABŞ administrasiyası Pekini “vahid Çin” siyasətinə sadiq olduğuna inandıraraq Nümayəndələr Palatası spikerinin bu barədə qərarı özünün verdiyini bildirib və beləliklə də səfərlə bağlı məsələdən özünü kənarlaşdırıb.
ÇXR adanı özünün əyaləti hesab edir və həmişə Taypey nümayəndələri ilə hazırkı rəsmilər, xüsusən də yüksək rütbəli məmurlar və ya Pekinin diplomatik əlaqələri olan ölkələrin hərbçiləri arasında istənilən əlaqəyə qarşı çıxır.
Çin artıq Pelosinin Tayvana səfər edəcəyi təqdirdə milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün qəti addımlar atacağını bildirib.
Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun-un sözlərinə görə, “Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir” və ərazi bütövlüyü məsələsi “qırmızı xətt”dir.