DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran XİN-dən nüvə proqramı üzrə danışıqlarla bağlı açıqlama

İran danışıqlar prosesində iqtisadi maraqlarını təmin edən hərtərəfli və sabit razılaşmanın əldə edilməsini ağlabatan və məntiqli hesab edir.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Yaxın vaxtlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair danışıqların yeni raundunun keçirilməsinin mümkünlüyünü istisna etmir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani keçiridiyi vbrifinqdə bildirilib.
Nazirliyin sözçüsü deyib ki, yaxın gələcəkdə danışıqlar tarixi ilə bağlı nəticəyə gəlinə bilər və İran razılaşmaya kömək edən hər hansı təşəbbüsü alqışlayır.
Kənani Vyanada nüvə sazişi müzakirələrinin bərpası ilə bağlı suala cavabında bildirib ki, İran danışıqlar prosesində iqtisadi maraqlarını təmin edən hərtərəfli və sabit razılaşmanın əldə edilməsini ağlabatan və məntiqli hesab edir:

"Son günlər məlumatr mübadiləsi aparılıb vəAİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell keçmiş danışıqlara əsaslanan mətn təklif edib. Bütün tərəflər bu mətni alıb, o cümlədən İran da bu təklifləri alıb. İran tərəfi mətni diqqətlə öyrənərək öz təkliflərini irəli sürüb. Digər tərəflərin da hərəkətlərini izləyirik".

İran və Fransa prezidentləri arasında ətraflı danışıqlara işarə edən Kənani Fransa tərəfi və bəzi xarici işlər nazirlərinin bütün tərəflərin fikirlərini bir araya gətirmək səylərindən danışıb.
O, sanksiyaların bərpası üzrə danışıqların yeni raundunun keçirilməsinin mümkünlüyünü istisna etməyib və vurğulayıb ki, bu məsələ qarşı tərəfin iradəsindən asılıdır. ABŞ sabit razılaşma əldə etməyə hazır olduğunu bildirməli və aktual olmayan mövzuların gündəmə gəlməsinin qarşısını almalıdır.
"İran razılaşma əldə etməyi vacib strategiya hesab edir və danışıqlara taktiki yanaşmır", - diplomat əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Yanvarın 3-ü ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.