AZƏRBAYCAN XƏBƏRLƏRİ

MN: Erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır

Müdafiə Nazirliyi təkzib bəyanatı ilə çıxış edib.
Sputnik
BAKI, 1 avqust - Sputnik. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açılması barədə erməni mətbuatında məlumat yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
Nazirlikdən verilən məlumatda deyilir ki, "Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır".
HƏRBİ
Azərbaycan Ordusunun Gədəbəy, Kəlbəcər və Xocavənddə mövqeləri atəşə tutulub