BAKI, 1 avqust — Sputnik. Bu gün Azərbaycan Milli kinosunun yaranması günü ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının tədbiri baş tutub. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətə başlaması və ümumiyyətlə strukturunun qurulması tək Mədəniyyət Nazirliyindən asılı məsələ deyil.
Onun sözlərinə görə, ARKA-nın ilin sonuna qədər fəaliyyətə başlaması gözlənilir:
"Kino sənayesinin inkişafında Kino agentliyinin yaradılması çox vacib idi. Düşünürəm ki, ARKA-nin yaradılması ilə kadr potensialının gücləndirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün çox vacibdir".
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov bildirib ki, tamaşaların çoxdan gözlədiyi "Mərmər soyuqluğu" və "Həyat, deyəsən gözəldir" filmi artıq Mədəniyyət nazirliyinə təqdim edilib. Həmin filmlər ilin sonuna qədər təqdim olunacaq".
Azərbaycan Milli kinosunun yaranması günü ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının tədbir
© Sputnik / Shahperi Abbasova
Rejissor Ramil Ələkbərov "Azərbaycanfilm"in loqosunu və vebsaytını təqdim edib.
Bundan başqa, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsi yekunlaşıb və qaliblər məlum olub.
Müsabiqənin qalibi Mirsadıq Ağazadənin "Supəri" ssenarisi olub.
Azərbaycan Milli kinosunun yaranması günü ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının tədbir
© Sputnik / Shahperi Abbasova
İkinci yerə Türkan Hüseynin "Axırıncı palata", üçüncü yerə isə Nicat Dadaşovun "Zirzəmi" ssenarisi layiq görülüb.
Müsabiqənin qalibi Mirsadıq Ağazadənin sözlərinə görə, "Supəri" ssenarisi 1993-cü il mart ayının 31-dən may ayının 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalan azərbaycanlıların həyatından bəhs edir.
Azərbaycan Milli kinosunun yaranması günü ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının tədbir
© Sputnik / Shahperi Abbasova
Belə ki, həmin tarixdə 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov mühasirədə qalıblar. Mühasirədə qalmış azərbaycanlı Ə.Əliyev həmin əzablı günlərdə baş verən hadisələr barədə “54 gün erməni mühasirəsində” adlı kitab yazıb. Onun kitabı əsasında isə 2012-ci ildə “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Həmin ekran əsərinin müəllifi tanınmış jurnalist Vəsilə Vahidqızı, rejissoru isə Mirsadıq Ağazadədir.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 53 ssenari iştirak edib. Həmin ssenari əsasında gələn il film çəkiləcəyi gözlənilir.