BAKI, 1 avqust — Sputnik. Həftəsonu yol qəzalarında 9 nəfər ölüb. Bu barədə Daxili İşlər Naizlriyinin şənbə və bazar günləri baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlayıb.
DİN bildirir ki, həftə sonu respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən həftə də 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər dünyasını dəyişmişdi.
Lakin ötən həftə sonu yol qəzalaırnda baş verən ölüm sayları ötən ayın əvvəli ilə müqayisədə artıb. Belə ki, iyulun 11-də açıqlanan məlumata görə, iyun ayının sonunda qəzalarda ölənlərin sayı 6 nəfər olub.