BAKI, 1 avqust — Sputnik. ABŞ Prezidenti Co Bayden Amerika iqtisadiyyatını tənəzzülə sürükləyib. Bu sözləri “Fox News”un aparıcısı Stiv Hilton bildirib.
Hilton qeyd edib ki, Ağ Evin rəhbəri inanılmaz sürətlə güclü iqtisadiyyatı zəif və durğun vəziyyətə gətirib.
“Baydenin faktiki iqtisadi planı belə idi: güclü, böyüyən iqtisadiyyatı necə tez və nə qədər hərtərəfli şəkildə zəif və durğun bir iqtisadiyyata çevirə bilərik? Bu sualın cavab belə oldu: çox tez”, - deyə Hilton qeyd edib.
Teleaparıcı qeyd edib ki, son araşdırmalar ABŞ iqtisadiyyatının daha da zəiflədiyini göstərir: “Bu da əslində tənəzzül deməkdir”.
Hiltonun fikrincə, Bayden administrasiyası “ölkə iqtisadiyyatını inanılmaz sürətlə yerə batırmağı” bacarır.
“Biz xalis enerji ixracatçısından yanacaq müharibəsinə, əlverişli benzin qiymətlərindən bir qallon [təxminən 3,8 litr] üçün ən yüksək orta qiymətə, artımdan azalmaya keçdik”, - deyə televiziya aparıcısı vurğulayıb.