BAKI, 1 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.
Özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)
Nazirlikdən bildiriblər ki, son bir həftə ərzində Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)
Ümumilikdə Agentlik tərəfindən bu ilin ötən dövrü ərzində 1000-dən çox şəhid ailəsi, qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.
Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.
Özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb
© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)
Xatırladaq ki, post-müharibə dövrü ərzində 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib.
Bu görüşlərin nəticəsi olaraq 8000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Bu barədə KİV-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, kənd təsərrüfatı, xidmət, istehsalat və s. sahələri əhatə edən özünüməşğulluq proqramı bu il də davam etdiriləcək. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5400 şəxsin daimi işlə təminatına da nail olunub.