DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin baş katibi nüvə tərksilahı mexanizmlərini işə salmağa çağırıb

İndi yalnız kiçik bir səhv həddi bəşəriyyəti nüvə məhvindən ayırır. Bizə nüvə silahlarının yayılmaması haqqında müqaviləyə həmişəkindən daha çox ehtiyac var.
Sputnik
BAKI, 1 avqust - Sputnik. BMT-nin Baş Katibi Antonio Quterres bazar ertəsi ölkələri nüvə müharibəsi riski artdıqca nüvə silahlarını ləğv etmək üçün hərəkətə keçməyə çağırıb.
"Nüvə silahlarının məhv edilməsi onlardan heç vaxt istifadə olunmayacağının yeganə təminatıdır. Biz bu məqsədə çatmaq üçün yorulmadan çalışmalıyıq", - Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəflərinin konfransında deyib.
O vurğulayıb ki, “nüvə silahlarının tərksilahı və yayılmaması ilə bağlı bütün çoxtərəfli sazişləri və iş mexanizmlərini canlandırmaq” lazımdır. Quterreş BMT-yə üzv olan bütün dövlətləri “nüvə müharibəsi riskini azaldacaq və bizi tərksilah yoluna qaytaracaq praktiki tədbirlərə” əl atmağa çağırıb.
Onun sözlərinə görə, hazırda dünyada 13 000-ə yaxın nüvə silahı var və “yayılma riski artır, eskalasiyanın qarşısını almaq üçün nəzərdə tutulmuş qurumlar isə zəifləyir”.
"İndi yalnız kiçik bir səhv həddi bəşəriyyəti nüvə məhvindən ayırır. Bizə nüvə silahlarının yayılmaması haqqında müqaviləyə həmişəkindən daha çox ehtiyac var", - o əlavə edib.
"Geosiyasi gərginlik yeni zirvələrə çatır, rəqabət əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən üstündür, inamsızlıq dialoqu, parçalanma isə tərksilahı əvəz edib. Ölkələr planetimizdə yeri olmayan ölümcül silahlara yüz milyardlarla dollar toplayıb xərcləməklə yalançı təhlükəsizlik axtarırlar". - BMT-nin baş katibi əlavə edib.
DÜNYA XƏBƏRLƏRİ
İran XİN-dən nüvə proqramı üzrə danışıqlarla bağlı açıqlama