BAKI, 1 avqust — Sputnik. Bu ilin iyul ayında Azərbaycanın ".az" domenində olan saytların hər 90-nı nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
"APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 441-si fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 1,1%-ni təşkil edir.
Cari ilin iyul ayı ərzində iyun ilə müqayisədə fişinq hücumlarının sayında 12,5% artım müşahidə olunub.
Qeyd edək ki, bu günə ".az" domenində 39,7 mindən çox sayt qeydiyyatdan keçib. "Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 133, Rusiyada 98, Belarusda 577, Qazaxıstanda 136, Özbəkistanda 162, Tacikistanda 118, Qırğızıstanda 279, Gürcüstanda 129, Ermənistanda isə 179 sayta bir uğurlu fişinq hücumu düşüb.