RUSİYA

ABŞ RF-ə münasibətdə "qarşısını almaqdan məhvə qədər" konsepsiyasına əməl edir — Zaxarova

Senat bundan əvvəl Dövlət Departamentini Rusiyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısına salmağa çağıran qətnamə qəbul etmişdi.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsi ehtimalını şərh edib.
Amerika Senatı bundan əvvəl Dövlət Departamentini Rusiyaya qarşı bu statusun müəyyənləşdirilməsinə çağıran qətnamə qəbul etmişdi.
Qətnamə daha çox rəmzi sənəddir, çünki onun qanunvericilik qüvvəsi yoxdur. Mümkün qərarın nəticələrini şərh edən ABŞ-ın dövlət katibi Entoni Blinken qeyd edib ki, Rusiyanın bu siyahıya daxil edilməsi onun üçün praktiki baxımdan az şey dəyişəcək.
"ABŞ-ın konsepsiyası aydındır - "qarşısının alınmasından məhv edilməyə doğru". Onlar özləri bu barədə danışdlqlarına görə, bu, onların tarixidir", — deyə Zaxarova "Rossiya-1" telekanalının efirində bildirib.