RUSİYA

Rusiya ABŞ-ın Dünya okeanında əsas təhlükə olduğunu etiraf edib

Dəniz doktrinası: ABŞ-ın Dünya okeanında hökmranlıq kursu Rusiya Federasiyasının milli təhlükəsizliyinə əsas təhdiddir
Sputnik
BAKI, 31 iyul - Sputnik. ABŞ-ın Dünya okeanında hökmranlıq kursu Rusiyanın bu sahədə milli təhlükəsizliyinə əsas təhdiddir. Bu barədə Rusiya mediası bu dövlətin Prezidenti Vladimir Putinin 31 iyul tarixli fərmanı ilə təsdiq edilmiş Dəniz Doktrinasının mətninə istinadən məlumat yayıb.
“Dünya Okeanı ilə bağlı Rusiya Federasiyasının milli təhlükəsizliyinə və dayanıqlı inkişafına əsas təhlükə və təhdidlər - ABŞ-ın Dünya Okeanında üstünlük təşkil edən strateji kursu və onların beynəlxalq proseslərin, o cümlədən Dünya okeanının nəqliyyat kommunikasiyalarından və enerji ehtiyatlarından istifadə ilə bağlı beynəlxalq proseslərin inkişafına qlobal təsiridir”, - deyə sənəddə deyilir.
Bundan əlavə, doktrinaya əsasən, Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri də NATO-nun hərbi infrastrukturunun ölkə sərhədlərinə qədər irəliləməsi və onun Rusiyaya yaxın dənizlərin akvatoriyalarında təlimlərinin sayının artmasıdır.
Xatıqladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu dövlətin Dəniz Doktrinasının və Hərbi Dəniz Donanmasının Gəmi Nizamnaməsinin təsdiqlənməsi ilə bağlı fərman imzalayıb.
RUSİYA
Putin Rusiya Federasiyasının Dəniz Doktrinasını təsdiqləyib