RUSİYA

Putin Rusiya Federasiyasının Dəniz Doktrinasını təsdiqləyib

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Sputnik
BAKI, 31 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Dəniz Doktrinasının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Rusiya Federasiyasının milli dəniz siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərar verirəm: əlavə olunan Rusiya Federasiyasının Dəniz Doktrinası təsdiq edilsin”, - deyə fərmanın mətnində deyilir.
Rusiya prezidenti tərəfindən 17 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Dəniz Doktrinası etibarsız sayılır.
"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Rusiya Federasiyasının Dəniz Doktrinasının və Rusiya Hərbi Dəniz Qüvvələrinin Gəmi Nizamnaməsinin təsdiq edilməsi haqqında fərmanların imzalanması mərasimi Petropavlovsk qalasında Sankt-Peterburq Dövlət Tarix Muzeyinin binasında keçirilib.