BAKI, 31 iyul - Sputnik. Rusiyanın mütəmadi olaraq donanmasının qurucusu olan I Pyotr bu ölkənin donamasının tarixini və onun nəzarəti altında olan böyük dəniz gücünə çevrilən Rusiya dövlətinin tarixini əbədi olaraq birləşdirib. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
"Burada, qədim Neva və əfsanəvi Kronştadt akvatoriyasında bizim Baş Hərbi Dəniz Paradımız keçirilir. Bu il o, mütəmadi olaraq Rusiyanın donanmasının qurucusu I Pyotrun anadan olmasının 350 illiyinə təsadüf edir. Onun rəhbərliyi altında oaln Rusiya böyük dəniz gücünə sahib olub və dünyada nüfuz qazanıb. I Pyotr donanmanın tarixini və Rusiya dövlətinin tarixini ayrılmaz şəkildə, əbədi olaraq birləşdirib”, - deyə Putin Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən paradda deyib.
Prezident əlavə edib ki, Rusiya donanması bütün ən mühüm taleyüklü hadisələrin iştirakçısı olub və olaraq da qalır, ölkəsi və xalqı ilə birlikdə çətin sınaqlardan üzüağ çıxaraq şöhrətini və qüdrətini artırıb.