BAKI, 30 iyul - Sputnik. Azərbaycan vətəndaşları son zamanlar Soçidə daha aktiv şəkildə daşınmaz əmlak almağa başlayıb.
Tələb dinamikası göstərir ki, kurortdakı mənzillərə və evlərə ən çox Azərbaycan (+600%), Ermənistan (+62,96%), Qazaxıstan (+5,85%), Qırğızıstan (+13,3%) və Tacikistan ( + 20%) vətəndaşları maraq göstərir .
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bunun nə ilə əlaqədar olduğunu şərh edib.

Onun sözlərinə görə, belə yüksək marağın səbəbi bəzi azərbaycanlıların Soçidə daşınmaz əmlak sahibi olmasından sonra yaxınlarının onların yanına köçməsi ola bilər.
"Azərbaycanın imkanlı şəxslərinin Soçidə və digər yerlərdə daşınmaz əmlak alması, Azərbaycanda mənzil bazarında qiymətlərin ucuzlaşması fonunda baş verir. Ölkədə mənzilə tələb yenidən yüksələnə qədər, onlar xaricdə münasib qiymətə daşınmaz əmlak almağa başlayıblar", - deyə ekspert bildirib.