DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda daşqınlar nəticəsində ölənlərin sayı durmadan artır

Aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib.
Sputnik
BAKI, 30 iyul - Sputnik. İranda son bir həftədə aramsız yağan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 61 nəfər həlak olub.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatlar İdarəsinin rəhbəri Mehdi Vəlipur bildirib.
“Son hadisələr fonunda bir neçə yeni cəsədin aşkarlanmasından sonra ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 61-ə çatıb. Ölkədə hazırda 32 nəfər itkin düşüb” - o, deyib.
Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində baş verən sel İranın İsfahan, Mərkəzi, Fars, Mazandaran, Gilan, Tehran vilayətlərində ağır fəsadlar törədib. Adı çəkilən vilayətlərə böyük maddi ziyan dəyib.